- Transfer
- 18:38 24.11.2024
İspaniyanın ikinci liqa təmsilçisi "Estremadura" "Qarabağ"ın hücumçusu Mahir Emrelinin transferində maraqlıdı.
Corner.az xəbər verir ki, bu barədə La Liqa-2 klubunun mətbuat xidmətinin rəhbəri Kike Qarsiya məlumat verib.
Qarsiya Azərbaycan millisinin üzvünü yay "transfer pəncərəsi" dönəmində heyətə qatmağa çalışdıqlarını söyləyib.
Maraqlıdı ki, "Qarabağ" tərəfi heç bir təklifini olmadığını bildirsə də, "Estremadura" rəsmisi Azərbaycan çempionundan cavab gözlədiklərini vurğulayıb: "Bəli, Mahir Emreli bizim gündəmimizdədi, onu transfer etməkdə maraqlıyıq. Bununla bağlı "Qarabağ"a rəsmi təklif də göndərmişik. Hazırda qarşı tərəfdən cavab gözləyirik. Artıq bir ilə yaxındı ki, Mahiri izləyirik. Onun komandamızın superulduzu olmasını istəyirik".
Qeyd edək ki, Mahir Emrelinin keçidində maraqlı olan digər İspaniya klubları "Malaqa" və "Almeriya"dı. (matc)