22 oktyabr 2024. Çərşənbə axşamı

"Spartak"ı La Liqa klubuna dəyişə bilər


  • Transfer
  • 00:09 27.08.2024
  • Oxunma sayı: 31
"Spartak"ı La Liqa klubuna dəyişə bilər

 

"Spartak" ın müdafiəçisi Aleksis Duarte karyerasını İspaniya çempionatında davam etdirə bilər.

90deqiqe.az xəbər verir ki, 24 yaşlı futbolçunun xidmətində "Valensiya" maraqlıdır. 

"Yarasalar" bu mövsüm başa çatana qədər Duarteni icarəyə götürməyi planlaşdırır.

Xatırladaq ki, Alexis, keçən ilin qışında Paraqvayın “Cerro Porteno” klubundan keçərək "qırmızı və ağ" sıralarına qatılıb. Ötən mövsüm müdafiəçi "Xalq komandası"nın 33 matçında iştirak edib.

Qeyd edək ki, Duartenin "Spartak" la müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt futbolçunun bazar dəyərini 3,5 milyon avro olaraq qiymətləndirir.







Transfer