22 oktyabr 2024. Çərşənbə axşamı

"Beşiktaş"dan ayrılan futbolçu İtaliyaya qayıtdı


  • Transfer
  • 11:32 27.08.2024
  • Oxunma sayı: 37
"Beşiktaş"dan ayrılan futbolçu İtaliyaya qayıtdı

Məşhur xorvat hücumçu Ante Rebiç İtaliyanın "Leççe" klubu ilə razılaşıb.

90deqiqe.Az klubun mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, 30 yaşlı futbolçu İtaliya komandası ilə müqavilə imzalayıb. Müqavilənin təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, Rebiçin son klubu Türkiyənin "Beşiktaş" klubu olub. Bundan əvvəl o, "Milan", "Ayntraxt", "Verona", "Fiorentina", "Leypsiq" və "Split" də oynayıb.

Rebiç "Milan"ın heyətində 2021/2022 mövsümündə İtaliya çempionu olub.

Xatırladaq ki, ötən mövsüm Ante Rebiç "Beşiktaş" ın tərkibində Türkiyə çempionatında 15 matça çıxıb, üç məhsuldar ötürmə edib və altı sarı vərəqə alıb.







Transfer