- Transfer
- 18:38 24.11.2024
"Bayer Leverkusen"in müdafiəçisi Conatan Ta karyerasını "Barselona"da davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 28 yaşlı futbolçunun Kataloniya klubuna keçmək üçün danışıqlar apardığını qeyd edib.
"Bayer" ilə yeni müqavilə imzalamaq istəməyən müdafiəçi gələn yay azad agent ola bilər.
Qeyd edək ki, bundan əvvəl mətbuatda Tanın "Bavariya"nın heyətinə qoşula biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Xatırladaq ki, Conatan Ta ötən mövsüm “əczaçılar”ın heyətində Almaniya çempionatında 31 oyun keçirib. Müdafiəçi dörd qol vurub və bir məhsuldar ötürmə edib.