- Transfer
- 18:38 24.11.2024
"Yuventus"un və İtaliya millisinin hücumçusu Federiko Kyeza karyerasını İngiltərədə davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 26 yaşlı futbolçunun "Liverpul"a keçmək istədiyini və artıq Mersisayd klubu ilə ilkin danışıqlar apardığını qeyd edib.
Turinlilərin ən azı 15 milyon avro qazanmaq istəyir.
Qeyd edək ki, mətbuatda "Barselona"nın da Kyezanı almaq istədiyi barədə xəbərlər yayılıb.
Xatırladaq ki, ötən mövsüm Federiko Kyeza “qoca sinyora”nın heyətində İtaliya çempionatında 33 oyun keçirib, bu oyunda 9 qol vurub və iki məhsuldar ötürmə edib.