- Transfer
- 13:54 26.11.2024
"Çelsi"nin və "Barselona"nın sabiq müdafiəçisi Markos Alonso karyerasını harada davam etdirəcəyinə qərar verib.
90deqiqe.Az-ın “AS”a istinadən məlumatına görə, 33 yaşlı futbolçu "Selta" ilə müqavilə imzalayıb.
İspan futbolçu yaxın vaxtlarda rəsmi olaraq Viqo klubu ilə müqaviləyə qol çəkəcək. Hazırda müdafiəçi azad agent statusundadır.
Qeyd edək ki, bundan əvvəl mətbuatda Alonsonun yenidən Premyer Liqaya qayıda biləcəyi və "Mançester Yunayted"in heyətinə qatılacağı ilə bağlı xəbərlər yayılmışdı.
Xatırladaq ki, Markos Alonso ötən mövsüm "Barselona"da çıxış edib. İspaniya çempionatında müdafiəçi Kataloniya klubunun tərkibində cəmi 5 oyun keçirib, hansı ki, nə qol vurub, nə də məhsuldar ötürmə edib.