22 oktyabr 2024. Çərşənbə axşamı

"Atletiko"nu Bundesliqa klubuna dəyişdi


  • Transfer
  • 12:33 27.08.2024
  • Oxunma sayı: 48
"Atletiko"nu Bundesliqa klubuna dəyişdi

"Atletiko Madrid"in yarımmüdafiəçisi Artur Vermeeren icarə əsasında "Leipsiq"ə keçib.

90deqiqe.Az Alman klubunun mətbuat xidmətinin məlumatına görə, icarə müqaviləsi bu mövsümün sonuna qədər qüvvədədir və 19 yaşlı futbolçunun "Bulls"un heyətində meydana çıxdığı müəyyən sayda oyundan sonra onu almaq öhdəliyini ehtiva edir.

"Antverpen" yetirməsi olan Vermeeren 2024-cü ilin yanvarında "Atletiko"ya keçib.

 İspaniya klubunun heyətində 5 oyun keçirib, qol vurmayıb. Artur Vermeeren Belçika millisində 4 oyun keçirib. Bundesliqanın açılış turunda evdə "Bohum"u 1:0 hesabı ilə məğlub edən "RB Leypsiq" yeni mövsümə qələbə ilə başlayıb.







Transfer