22 oktyabr 2024. Çərşənbə axşamı

Xames Rodriqes La Liqaya qayıtdı


  • Transfer
  • 12:35 27.08.2024
  • Oxunma sayı: 48
 Xames Rodriqes La Liqaya qayıtdı

Kolumbiyalı yarımmüdafiəçi Xames Rodriqes karyerasını "Rayo Valyekano"da davam etdirəcək.

90deqiqe.Az klubun mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, 33 yaşlı futbolçu La Liqa klubu ilə müqaviləsi bağlayıb.

Rodriqesin son iş yeri "San Paulo" olub. Bu yaxınlarda keçirilən Amerika Kubokunda yarımmüdafiəçi turnirin ən yaxşı oyunçusu seçilib.

Xatırladaq ki, Ceymsin İspaniya çempionatında "Real Madrid"də oynayıb. "Kral" klubu ilə kolumbiyalı La Liqa və UEFA Çempionlar Liqasının çempionu olub.







Transfer