22 oktyabr 2024. Çərşənbə axşamı

"Liverpul" gürcü qapıçını transfer etdi


  • Transfer
  • 12:39 27.08.2024
  • Oxunma sayı: 49
"Liverpul" gürcü qapıçını transfer etdi

"Valensiya"nın qapıçısı Giorgi Mamardaşvili karyerasını "Liverpul"da davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O bu günün sonuna kimi gürcü qolkiperin tibbi müayinədən keçərək əmək müqaviləsi imzalayacağını və bu transferin Mersisayd təmsilçisinə 35 milyon avroya başa gəldiyini qeyd edib.

Gürcüstan millisinin üzvü bu mövsümü "Valensiya"da başa vuracaq, 2025-ci ilin yayında isə "Liverpul"a keçəcək.

Hazırda ingilis nəhənginin əsas qapıçısı braziliyalı Alisson Bekkerdir.







Transfer