22 oktyabr 2024. Çərşənbə axşamı

"Mançester Yunayted"dən 60 milyon avroluq transfer


  • Transfer
  • 12:48 27.08.2024
  • Oxunma sayı: 47
"Mançester Yunayted"dən 60 milyon avroluq transfer

"PSJ" nin uruqvaylı futbolçusu Manuel Uqarte karyerasını "Mançester Yunayted"də davam etdirəcək.

90deqiqe.az xəbər verir ki, Mançester klubu parislilərlə 23 yaşlı futbolçunun keçidini razılaşdırıb, bu transfer üçün "qırmızı şeytanlar" bonuslar nəzərə alınmaqla ümumilikdə 60 milyon avro ödəyəcək. 

Qeyd edək ki, yaxın vaxtlarda yarımmüdafiəçi "Yunayted" üçün tibbi müayinədən keçəcək və "mankuniyalı"larla müqavilə imzalayacaq.

Xatırladaq ki, Manuel Uqarte ötən mövsüm Fransa Liqasında Paris klubunun heyyətində 25 oyuna çıxıb, iki məhsuldar ötürmə ilə yadda qalıb və beş sarı vərəqə alıb.







Transfer