2 oktyabr 2026. Cümə

Yuventus Arsenal'ın təklifini rədd etdi


  • Transfer
  • 14:24 03.08.2019
  • Oxunma sayı: 480
Yuventus Arsenal'ın təklifini rədd etdi

İtaliyanın “Yuventus” klubu “Arsenal”ın təklifini rədd edib.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, müdafiə xəttini gücləndirmək istəyən “Topçular”, Turin təmsilçisinin müdafiəçisi Daniele Ruqanini 2 il müddətinə icarəyə götürmək üçün təklif göndərib. Amma Ruqanini buraxmaq istəməyən  “Yuventus”, “Arsenal”ın bu təklifini qəbul etməyib. 25 yaşlı futbolçu özü də komandada qalmaq istədiyini bildirib.

Qeyd edək ki, italiyalı futbolçu 2014-cü ildən "qoca sinyora"da çıxış edir.







Transfer