22 oktyabr 2024. Çərşənbə axşamı

"Atalanta" "Çelsi"nin müdafiəçisini istəyir


  • Transfer
  • 16:13 27.08.2024
  • Oxunma sayı: 56
"Atalanta" "Çelsi"nin müdafiəçisini istəyir

"Çelsi" klubunun oyunçusu Trevo Çalobanı karyerasını "Atalanta" da davam etdirə bilər.

90deqiqe.az xəbər verir ki, "Atalanta" klubu London klubunun müdafiəçisi Trevo Çalobanın xidmətində maraqlıdır.

Tərəflər hələ İtaliya klubuna keçmək üçün maaşını azaltmaq istəməyən Çalobanın transferi barədə razılığa gələ bilməyiblər. 25 yaşlı futbolçunun transfer dəyəri mütəxəssislər tərəfindən 13 milyon avro qiymətləndirilib.

Xatırladaq ki, ötən mövsüm Trevo Çalobanı "Çelsi" nin heyətində İngiltərə çempionatında 13 oyuna çıxıb, bir qol vurub və bir sarı vərəqə alıb.







Transfer