22 oktyabr 2024. Çərşənbə axşamı

"Napoli"nin ulduzu uğrunda 3 klub mübarizə aparır


  • Transfer
  • 11:24 28.08.2024
  • Oxunma sayı: 44
"Napoli"nin ulduzu uğrunda 3 klub mübarizə aparır

"Napoli"nin futbolçusu Viktor Osimxen karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, 25 yaşlı ulduz futbolçunun xidmətində "Əl-Əhli" klubu maraqlıdır.

Səudiyyə Ərəbistanı təmsilçisi nigeriyalı futbolçu üçün Neapol klubuna 70 milyon avro təklif edib. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Viktor Osimxen ilə PSJ və "Çelsi" klubları da maraqlanır.

Nigeriyalı futbolçu 2020-ci ildən "Napoli"də çıxış edir. Bundan əvvəl hücumçu "Lill", "Volfsburq" və "Şarlerua"da oynayıb.

Xatırladaq ki, ötən mövsüm Viktor Osimxen İtaliya çempionatında Neapolitan klubunun heyyətində 25 oyuna çıxıb, 15 qol vurub və üç məhsuldar ötürmə edib.







Transfer