- Transfer
- 18:38 24.11.2024
"Əl-İttihad"ın cinah oyunçusu Jota karyerasını Fransa Liqa 1-də davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 25 yaşlı yarımmüdafiəçinin bir mövsümlük icarə əsasında "Renn"ə çıxış edəcəyini və tərəflərin artıq sövdələşmə ilə bağlı tam razılığa gəldiklərini və yaxın vaxtlarda bu barədə rəsmi açıqlama verəcəklərini qeyd edib.
Qeyd edək ki, portuqaliyalı futbolçu Səudiyyə çempionatının son mövsümündə on altı matçda iştirak edib və dörd qol vurub. Yarımmüdafiəçi əvvəllər "Seltik", "Valyadolid" və "Benfika"da da çıxış edib.