12 aprel 2026. Bazar günü

Koman Neymara komanda yoldaşı ola bilər


  • Transfer
  • 23:30 28.08.2024
  • Oxunma sayı: 136
Koman Neymara komanda yoldaşı ola bilər

"Bavariya"nın yarımmüdafiəçisi Kinqsli Koman Səudiyyə Ərəbistanına keçməyə yaxındır.

90deqiqe.Az-ın “L'Equipe”yə istinadən məlumatına görə, 28 yaşlı futbolçu "Əl-Hilal"ın təklifini qəbul edib.

Klublar hazırda başa çatmaq üzrə olan müqavilənin şərtlərini razılaşdırmanın son mərhələsndədilər.

Koman 2015-ci ildən "Bavariya"da çıxış edir. Fransız yarımmüdafiəçi əvvəllər "Yuventus" və PSJ-də çıxış edib. Xatırladaq ki, ulduz braziliyalı hücumçu Neymar və onun həmyerlisiisi Malkom Filipe “Əl-Hilal”ın heyətindədir.

Ötən mövsüm “Əl-Hilal” Səudiyyə Ərəbistanında inamla qızıl medal qazanaraq ölkə çempionatının cəmi 3 oyununda xal itirərək AFC Çempionlar Liqasının yarımfinalına yüksəlib.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”