- Transfer
- 16:26 21.11.2024
"Leypsiq"in fransız müdafiəçisi Mohamed Simakana karyerasını "Barselona"da davam etdirə bilər.
90deqiqe.Az-ın “Foot Mercato”ya istinadən məlumatına görə, Kataloniya klubu həm müdafiə cinahında, həm də mərkəzdə oynamağı bacaran 24 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. "Leypsiq " müdafiəçinin satışından ən azı 50 milyon avro qazanmaq istəyir, lakin kataloniyalıların bu yay transfer pəncərəsində bu məbləği xərcləyə bilməyəcəkləri ehtimal edilir.
Qeyd edək ki, bu yay ispaniyalı yarımmüdafiəçi Dani Olmo "Leypsiq"dən "Barselona"ya keçib.
Xatırladaq ki, Mohamed Simakan ötən mövsüm "Leypsiq" klubunun heyətində Almaniya çempionatında 32 görüş keçirib, iki qol vurub və üç məhsuldar ötürmə edib.