- Transfer
- 16:26 21.11.2024
"Liverpul" "Yuventus"un və İtaliyanın hücumçusu Federiko Kyezaya 4 illik müqavilə imzalamağı təklif edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Nikolo Şira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O Mersisayd klubunun 26 yaşlı futbolçuya mövsümə 5 milyon avro maaşla 4 illik müqavilə təklif etdiyini qeyd edib.
İtalyan oyunçunun özü də "Liverpul"da gücünü sınamaq istəyir. "Yuventus"un rəhbərləri forvardı 15 milyon avroya satmağa hazırdır.
Xatırladaq ki, Federiko Kyeza ötən mövsüm Turin təmsilçisinin heyətində İtaliya çempionatında 33 oyun keçirib, bu oyunda 9 qol vurub və iki məhsuldar ötürmə edib.