- Transfer
- 16:26 21.11.2024
"Çelsi"nin baş məşqçisi Enzo Mareska ingilis hücumçu Rəhim Sterlinqin mümkün gedişindən danışıb.
90deqiqe.Az-ın “Daily Mail”ə istinadən məlumatına görə, Mareska,Sterlinq kimi futbolçular transfer pəncərəsi bağlanandan sonra komandada qalsalar, bu mövsüm bir dəqiqə belə oyun vaxtı əldə etməyəcəklərini bildirib.
“Söhbət təkcə Rəhimdən getmir. Söhbət hazırda ayrı qrupda məşq edən bütün oyunçulardan gedir”
Xatırladaq ki, London klubu bu mövsüm hücumçu ilə hesablaşmır. Mətbuatda Sterlinqin “Mançester Yunayted” və ya “Yuventus”a keçə biləcəyi ilə bağlı xəbərlər yayılıb. Ötən mövsüm Rəhim "mavilər"in heyətində Premyer Liqada 31 oyun keçirib və bu oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.