22 oktyabr 2024. Çərşənbə axşamı

Osimhenə Səudiyyə Ərəbistanından 120 milyon avroluq təklif


  • Transfer
  • 12:47 29.08.2024
  • Oxunma sayı: 41
Osimhenə Səudiyyə Ərəbistanından 120 milyon avroluq təklif

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu nigeriyalı ulduz Viktor Osimhen üçün “Napoli”yə 120 milyon avroluq müqavilə təklif edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrise Havkins "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O Səudiyyə Ərəbistanı təmsilçisinin 25 yaşlı nigeriyalı futbolçuya mövsümdə 30 milyon avro maaşla 4 illik müqavilə təklif etdiyini qeyd edib.

 Osimhen isə hələlik Səudiyyə Ərəbistanına köçməyə həvəsli və Avropada qalmaq istədiyi bildirilir.

"Əl-Əhli" ilə yanaşı, PSJ və "Çelsi" də forvardı almaq istəyir. Xatırladaq ki, Viktor Osimhen ötən mövsüm Neapolitan klubunun heyətində İtaliya çempionatında 25 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer