22 oktyabr 2024. Çərşənbə axşamı

"Yuventus"dan  "Liverpul"a


  • Transfer
  • 17:49 29.08.2024
  • Oxunma sayı: 41
"Yuventus"dan  "Liverpul"a

İtaliyanın "Yuventus" klubunun hücumçusu Federiko Kyeza karyerasını İngiltərədə davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, "Liverpul" 26 yaşlı futbolçunun transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mersisaydlılar hücumçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan əmək müqaviləsi imzaladığını və italyan oyunçu üçün Turin klubuna 10 milyon avro ödənildiyini diqqətə çatdırıb.

Xatırladaq ki, Federiko Kyeza ötən mövsüm Turin təmsilçisinin heyətində İtaliya çempionatında 33 oyun keçirib, bu oyunda 9 qol vurub və iki məhsuldar ötürmə edib.







Transfer