22 oktyabr 2024. Çərşənbə axşamı

Ramosun yeni klubu bəlli oldu


  • Transfer
  • 17:52 29.08.2024
  • Oxunma sayı: 72
Ramosun yeni klubu bəlli oldu

"Real"ın sabiq müdafiəçisi Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, 38 yaşlı futbolçu artıq Səudiyyə Ərəbistanı Pro-liqasına yüksələn “Əl-Oruba” ilə müqavilənin şərtlərini razılaşdırıb.

Ramosun karyerasında son klubu bu yay tərk etdiyi "Sevilya" olub. Ötən mövsüm ispaniyalı Əndəlus yığmasının heyətində 37 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib. Ramosun karyerasının əsas hissəsi 2005-ci ildən 2021-ci ilə qədər oynadığı "Real Madrid"də keçib və klubla 22 kubok qazanıb, o cümlədən dörd dəfə Çempionlar Liqasının qalibi və beş dəfə İspaniya çempionatının qalibi olub.







Transfer