22 oktyabr 2024. Çərşənbə axşamı

"Arsenal" qapıçısını satmağa yaxındır


  • Transfer
  • 18:06 29.08.2024
  • Oxunma sayı: 37
"Arsenal" qapıçısını satmağa yaxındır

"Arsenal" qapıçı ilə yollarını ayırmağa yaxındır.

90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumatına görə, "topçular"ın qolkiperi Aaron Ramsdeyl ilə "Sauthempton" maraqlanır.

"Müqəddəslər" oyunçunu bonuslarla birlikdə 25 milyona almaq niyyətindədir. Tərəflər danışıqları müsbət istiqamətdə davam etdirir.

İngiltərə çempionatının ötən mövsümündə Ramsdeyl altı matçda iştirak edib. 26 yaşlı qolkiper 5 qol buraxıb. "Arsenal" Premyer Liqanın yeni mövsümünə iki qələbə ilə başlayıb və dördüncü yerdədir. “Topçular” növbəti matçında “Brayton”la qarşılaşacaq.







Transfer