22 oktyabr 2024. Çərşənbə axşamı

Sanço bu şərtlə "Yuventus"a keçə bilər


  • Transfer
  • 18:12 29.08.2024
  • Oxunma sayı: 40
Sanço bu şərtlə "Yuventus"a keçə bilər

"Mançester Yunayted"in cinah oyunçusu Cedon Sanço karyerasını "Yuventus"da davam etdirməyə yaxındır.

90deqiqe.Az-ın “ La Gazzetta dello Sport”a istinadən məlumatına görə,Turin klubu 24 yaşlı futbolçu üçün danışıqları davam etdirir. Üstəlik, bu transferi həyata keçirmək üçün “qoca sinyora” daha iki futbolçunu – yarımmüdafiəçi Artur Melo və cinah yarımmüdafiəçisi Filip Kostiçi satmalıdır.

Bildirilir ki, “Mançester Yunayted” Sançonun icarə müqaviləsinə 2025-ci ilin yayında məcburi satınalma variantının daxil edilməsini istəyir. 

Ötən mövsüm Sanço icarə əsasında Dortmund "Borussiya"sında çıxış edib. 24 yaşlı yarımmüdafiəçinin "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. Onun bazar dəyəri 30 milyon avrodur.







Transfer