29 mart 2026. Bazar günü

Cekson "Çelsi"ni bu kluba dəyişə bilər


  • Transfer
  • 18:24 29.08.2024
  • Oxunma sayı: 133
Cekson "Çelsi"ni bu kluba dəyişə bilər

"Çelsi"nin hücumçusu Nikolas Cekson İngiltərə Premyer Liqa klublarından birinin maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "Deadlinedaylive”ə istinadən məlumatına görə, "Aston Villa" 23 yaşlı hücumçu ilə maraqlanır.

"Aslanlar" müqaviləni yay transfer pəncərəsinin son günlərində seneqallı forvardın keçidini yekunlaşdırmağa çalışacaq.

Ceksonun bazar dəyəri 35 milyon avrodur. Hücumçunun "Çelsi" ilə hazırkı əmək müqaviləsi 2031-ci ilin ortalarına qədərdir. Premyer Liqanın cari mövsümündə Nikolas iki oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.







Transfer