22 oktyabr 2024. Çərşənbə axşamı

Romelu Lukaku rəsmən "Napoli"də


  • Transfer
  • 21:39 29.08.2024
  • Oxunma sayı: 50
Romelu Lukaku rəsmən "Napoli"də

"Çelsi"nin hücumçusu Romelu Lukakunun "Napoli"yə keçidi rəsmiləşib.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Neapol təmsilçisi 31 yaşlı hücumçu ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Belçika millisinin üzvü İtaliya klubuna bonuslarla birlikdə 45 milyon avroya başa gəlin.

Ötən mövsüm hücumçu icarə əsasında İtaliyada "Roma"da çıxış edib.

O, 47 matçda iştirak edib, 21 qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer