22 oktyabr 2024. Çərşənbə axşamı

"Marsel" Premyer Liqanın hücumçusu ilə güclənib


  • Transfer
  • 18:18 30.08.2024
  • Oxunma sayı: 45
"Marsel" Premyer Liqanın hücumçusu ilə güclənib

"Everton"un hücumçusu Nil Maupay karyerasını "Marsel"də davam etdirəcək.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu cari mövsümün sonuna qədər icarə əsasında Fransa klubunda çıxış edəcək.

Maupay 2022-ci ildən "Everton"un oyunçusudur.

Fransız futbolçu ötən mövsümün böyük hissəsini icarə əsasında "Brentford"da keçirib. Maupay daha əvvəl 2017-2019-cu illərdə "Brentford"u təmsil edib. O, İngiltərədə "Brayton"da da oynayıb. "Marsel" yeni mövsümə qələbə və heç-heçə ilə başlayıb, iki turdan sonra 4 xalla Liqa 1-in turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.







Transfer