- Transfer
- 23:27 04.10.2024
"Benfika"nın braziliyalı hücumçusu Markos Leonardo yaxın vaxtlarda Səudiyyə Ərəbistanında çıxış edə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O "Əl-Hilal"ın 21 yaşlı hücumçu üçün 40 milyon avro təklif etdiyini lakin Lissabon klubu yekun qərar qəbul etməzdən əvvəl düşünmək üçün bir qədər vaxt tələb etdiyini qeyd edib.
Leonardo Portuqaliya çempionatının son mövsümündə 14 matçda çıxış edib, yeddi qol vurub.