22 oktyabr 2024. Çərşənbə axşamı

PSJ ispaniyalını “Vilyarreal”a icarəyə verdi

ispaniyalı


  • Transfer
  • 21:38 30.08.2024
  • Oxunma sayı: 44
PSJ ispaniyalını “Vilyarreal”a icarəyə verdi

PSJ-nin müdafiəçisi Xuan Bernat karyerasını "Vilyarreal"da davam etdirəcək.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sualtı qayıqçılar" 31 yaşlı futbolçunu icarəyə götürüb. Tərəflər arasındakı icarə müqaviləsi 2025-ci ilin yayına qədərdir, mövsümün sonunda ispanlar futbolçunu almaq hüququna sahib olmayacaq.

Ötən mövsüm Bernat icarə əsasında “Benfika”nın rənglərini qorusa da, Portuqaliya çempionatında cəmi üç matçda iştirak edib və heç bir təsirli hərəkətə imza atmayıb.







Transfer