- Transfer
- 17:07 21.12.2025
"Mançester Yunayted"in yarımmüdafiəçisi Skot MakTominay karyerasını "Napoli"də davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, Neapol təmsilçisi 27 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına kimi müqavilə imzalayıb. İtaliya klubu şotlandiyalı üçün qarşı tərəfə 30 milyon avro ödəyib.
Ötən mövsüm MakTominay Premyer Liqada 32 matçda iştirak edib, 7 qol vurub və bir məhsuldar ötürmə edib.