9 iyul 2026. Cümə axşamı

Argentina klubundan "İnter"ə


  • Transfer
  • 14:14 31.08.2024
  • Oxunma sayı: 194
Argentina klubundan "İnter"ə

Argentinanın "Talleres Kordoba" klubunun müdafiəçisi Tiaqo Palasios karyerasını İtaliya çempionatında davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, futbolçu transfer pəncərəsinin son saatlarında "İnter"in sıralarına qoşulub. Bu barədə “neradzurri”nin mətbuat xidməti məlumat yayıb. Müqavilənin təfərrüatları hələlik açıqlanmayıb.

İtaliya çempionatının üç oyunundan sonra milanlılar yeddi xal toplayıb və turnir cədvəlində birinci yerdədir. Son matçda Simone İnzaqinin yetirmələri “Atalanta” üzərində 4:0 hesabı ilə darmadağın edilən qələbəni bayram edib. Neradzurrinin A Seriyasında növbəti oyunu sentyabrın 15-də Monza ilə olacaq.







Transfer

Tçuameni "Real"dan ayrıla bilər
  • Transfer
  • 23:47 08.07.2026
Tçuameni "Real"dan ayrıla bilər