22 oktyabr 2024. Çərşənbə axşamı

PSJ-dən "Vest Hem"ə


  • Transfer
  • 14:43 31.08.2024
  • Oxunma sayı: 60
PSJ-dən "Vest Hem"ə

PSJ-nin yarımmüdafiəçisi Karlos Solerin "Vest Hem"ə keçidi rəsmiləşib.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  27 yaşlı futbolçu karyerasını "çəkiclər"də satın alma şərti ilə bir mövsümlük icarə əsasında davam etdirəcək.

Soler "Valensiya"nın yetirməsidir, o, iki il əvvəl PSJ-yə gəlib.

Ötən mövsüm ispan futbolçu parislilərin heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt London klubuna yeni gələn ispan oyunçunu 20 milyon avro qiymətləndirir.







Transfer