22 oktyabr 2024. Çərşənbə axşamı

"Çelsi" albaniyalı hücumçunu icarəyə göndərdi


  • Transfer
  • 14:49 31.08.2024
  • Oxunma sayı: 61
"Çelsi" albaniyalı hücumçunu icarəyə göndərdi

Albaniyalı hücumçu Armando Broja "Çelsi"ni müvəqqəti tərk edib.

90deqiqe.Az "təqaüdçülər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu mövsümün sonuna kimi icarə əsasında "Everton"a keçib.

Armandonun "Çelsi" ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. Transfermarkt portalı futbolçunun dəyərini 22 milyon avro qiymətləndirir.

Ötən mövsüm hücumçu İngiltərə Premyer Liqasında 21 oyun keçirib. Armando bir qol və bir məhsuldar ötürmə edib. "Everton"un növbəti oyunu İngiltərə çempionatında "Bornmut"a qarşı olacaq. Oyun şənbə günü, avqustun 31-də baş tutacaq.







Transfer