- Transfer
- 23:25 25.11.2024
Səudiyyə Ərəbistanı hökumətinin investisiya fondu "Real Madrid"in və Braziliya millisinin ulduzu Vinisius Junioru yerli çempionata cəlb etmək niyyətindədir.
90deqiqe.Az-ın “Globo Esporte”yə istinadən məlumatına görə, səudiyyəlilər futbolçu ilə 5 illik əmək müqaviləsi imzalamağı, həmçinin onu 2034-cü il dünya çempionatının səfiri etməyi planlaşdırırlar. 2029-cu ildə hücumçu karyerasını harada davam etdirmək istədiyinə özü qərar verə bilər.
Bundan əlavə, braziliyalıya karyerasını bitirdikdən sonra ölkədə yerli vəzifə təklif olunacaq.
Vinisius 2018-ci ildən kral klubunda çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2026/2027 mövsümünün sonunda başa çatır.Onun transfer qiyməti 180 milyon avrodur.