22 oktyabr 2024. Çərşənbə axşamı

Osimhen "Napoli"nin heyətindən kənarlaşdırıldı


  • Transfer
  • 16:18 31.08.2024
  • Oxunma sayı: 122
Osimhen "Napoli"nin heyətindən kənarlaşdırıldı

"Napoli"nin hücumçusu Viktor Osimhen cari mövsüm üçün komandanın heyətindən kənarlaşdırılıb.

90deqiqe.Az xəbər verir ki,  bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Daha əvvəl 25 yaşlı futbolçunun “Çelsi” və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna keçmək üçün təkliflərinə baxmayaraq, “Napoli”də qalmaq qərarına gəldiyi iddia olunurdu.

Osimhen 2020-ci ildən "Napoli"nin oyunçusudur. 2023-cü ildə nigeriyalı Neapolitan klubu ilə ölkə çempionu olub və vurduğu 26 qolla A Seriyasının bombardiri olub. Ötən mövsüm Viktor Osimhen adzurrilərin heyətində 32 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. "Napoli" 2023/2024 mövsümünü Avropa çempionatına vəsiqə qazanmadan İtaliya çempionatında 10-cu yerdə başa vurub.







Transfer