22 oktyabr 2024. Çərşənbə axşamı

Çalobah Premyer Liqada klubunu dəyişdi


  • Transfer
  • 16:21 31.08.2024
  • Oxunma sayı: 85
Çalobah Premyer Liqada klubunu dəyişdi

Müdafiəçi Trevo Çalobah klubunu dəyişib.

90deqiqe.Az "təqaüdçülər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu  icarə əsasında "Kristal Pelas"a keçib. London klubları arasında müqavilə 2024/2025 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Trevo Çalobah "Çelsi" akademiyasının yetirməsidir. Müdafiəçi daha əvvəl "İpsviç", "Haddersfild Taun" və "Loryent" klublarında icarə əsasında çıxış edib. Qeyd edək ki, nüfuzlu Transfermarkt portalının mütəxəssisləri Trevo Çalobanı 13 milyon avro dəyərində qiymətləndirirlər. "Kristal Pelas" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 17-ci yerdədir.







Transfer