22 oktyabr 2024. Çərşənbə axşamı

“Çelsi”nin keçmiş futbolçusu Yunanıstan klubunda


  • Transfer
  • 16:32 31.08.2024
  • Oxunma sayı: 95
“Çelsi”nin keçmiş futbolçusu Yunanıstan klubunda

"Çelsi"nin sabiq futbolçusu Tiemoue Bakayoko növbəti dəfə klubunu dəyişib.

90deqiqe.Az xəbər verir ki, yarımmüdafiəçi Fransanın “Loryen” klubundan Yunanıstan PAOK-una keçib. 30 yaşlı Bakayoko bir mövsümlük müqaviləni daha bir il uzatmaq imkanı ilə imzalayıb.

Bakayoko PAOK-da 8 nömrə ilə çıxış edəcək fransalı futbolçunun transfer qiyməti hələlik məlum deyil.

“Ağ-qaralar” hazırda Yunanıstan çempionatının turnir cədvəlində birinci yeri tutur. İlk iki turda PAOK  6 xal toplayıb.







Transfer