22 oktyabr 2024. Çərşənbə axşamı

Marsial Fransa klubuna keçə bilər


  • Transfer
  • 20:57 02.09.2024
  • Oxunma sayı: 68
Marsial Fransa klubuna keçə bilər

Azad agent statusunda olan “Mançester Yunayted”in sabiq hücumçusu Antoni Marsial karyerasını ölkəsndə davam etdirə bilər.

90deqiqe.Az-ın "RMC Sport"a istinadən məlumatına görə,  "Lill" 28 yaşlı hücumçunun xidmətində maraqlıdır. Fransa klubu Marsialı yaxın vaxtlarda transfer etmək imkanını nəzərdən keçirir.

Fransalı oyunçu Avropada olmaq üçün ərəblərin təklifləri rədd edib.

2023/2024 mövsümünün sonunda futbolçunun “Mançester Yunayted”lə əmək müqaviləsi başa çatıb. Marsial İngiltərə klubunda 317 oyun keçirib, bu oyunda 90 qol vurub və tərəfdaşlarına 47 məhsuldar ötürmə verib.







Transfer