22 oktyabr 2024. Çərşənbə axşamı

"Leypsiq"dən “Əl-Nəsr”ə


  • Transfer
  • 22:28 02.09.2024
  • Oxunma sayı: 49
"Leypsiq"dən “Əl-Nəsr”ə

“Leypsiq”in müdafiəçisi Məhəmməd Simaka karyerasını “Əl-Nəsr”də davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı təmsilçisi məlumat yayıb. Fransız futbolçu ilə imzalanan müqavilənin təfərrüatları açıqlanmayıb.

Mətbuatın yazdığına görə, bu transfer “Əl-Nəsr”ə 45 milyon avroya başa gəlib.

Simakan 2021-ci ilin yayından "Leypsiq"də çıxış edir. O, Almaniya klubuna Strasburqdan keçib. Ümumilikdə Simakan "Leypsiq" üçün 122 oyun keçirib, bu oyunda yeddi qol vurub və on üç məhsuldar ötürmə verib. Müdafiəçi Fransa millisində 7 oyun keçirib.







Transfer