22 oktyabr 2024. Çərşənbə axşamı

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi məşhur futbolçu ilə güclənir


  • Transfer
  • 22:48 02.09.2024
  • Oxunma sayı: 94
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi məşhur futbolçu ilə güclənir

Bir müddət əvvəl “Fulhem”dən ayrılan məşhur braziliyalı futbolçu Villian Yunanıstan çempionatında çıxış etməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 36 yaşlı futbolçunun "Olimpiakos"a mümkün keçidi müzakirə etmək üçün artıq Afinaya gəldiyini qeyd edib.

"Fulhem"dəki uğurlu mövsümdən sonra braziliyalının azad agent kimi karyerasını davam etdirmək üçün müxtəlif variantları nəzərdən keçirdiyi bildirilir.

Brazilyalı ötən mövsüm 31 oyuna çıxıb, dörd qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalııb.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos" ilə yanvarın 25-də, saat 00:00-da Yunanıstan qarşılaşacaq.







Transfer