3 iyul 2026. Cümə

"Arsenal" "Əl İttihad"ın Trossard üçün təklifini rədd edib


  • Transfer
  • 23:04 02.09.2024
  • Oxunma sayı: 155
"Arsenal" "Əl İttihad"ın Trossard üçün təklifini rədd edib

"Arsenal"ın yarımmüdafiəçisi Leandro Trossard komandada qalacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O  London klubunun 29 yaşlı futbolçu üçün "Əl İttihad"ın 35 milyon avroluq təklifini rədd etdiyini qeyd edib.

Səudiyyə klubu bu səbəbdən "Portu"nun 26 yaşlı vingeri Qalenonu transfer etməyi planlaşdırır. O, artıq yarımmüdafiəçi üçün 45 milyon avro + 5 milyon bonus rəsmi təklif edib.

Bu mövsüm Leandro Trossard "Arsenal"la İngiltərə çempionatında üç oyun keçirib və bir qol vurmağı bacarıb.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır