29 mart 2026. Bazar günü

"Roma" "Atletiko"nun sabiq müdafiəçisini transfer edib


  • Transfer
  • 23:21 02.09.2024
  • Oxunma sayı: 137
"Roma" "Atletiko"nun sabiq müdafiəçisini transfer edib

"Roma" "Atletiko"nun sabiq müdafiəçisi Mario Hermosonun transfer edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

"Canavarlar" futbolçu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb. Hermoso yeni klubunda 22 nömrəli forma ilə çıxış edəcək.

O, "Roma"nın tarixində on səkkizinci ispan oyunçu olub.

Xatırladaq ki, Mario Hermoso 2019-2024-cü illərdə “Atletiko Madrid”də çıxış edib. Ümumilikdə müdafiəçi “matrasçılar” üçün 174 oyun keçirib, on qol vurub və altı məhsuldar ötürmə verib.







Transfer