3 iyul 2026. Cümə

"Yuventus"u "Portu"ya dəyişdi


  • Transfer
  • 15:40 03.09.2024
  • Oxunma sayı: 144
"Yuventus"u "Portu"ya dəyişdi

"Yuventus"un müdafiəçisi Tiaqo Djalo icarə əsasında "Portu"ya keçib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçu bir illik icarə əsasında Portuqaliya təmsilçisində çıxış edəcək.

24 yaşlı Djalo "Sportinq Lissabon"un yetirməsidir. 2024-cü ilin əvvəlində "Yuventus"a keçib. 16 dəqiqə meydanda olan müdafiəçi Turin klubunda cəmi bir oyun keçirib.

Portuqaliyalı karyerasının əsas hissəsini 2019-2024-cü illərdə oynadığı "Lill"də keçirib və 2021-ci ildə klubla Fransa çempionu olub.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır