- Transfer
- 16:26 21.11.2024
"Qalatasaray"ın yarımmüdafiəçisi Kərəm Aktürkoğlu karyerasını "Benfika"da davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.
“Lissabon qartalları” 25 yaşlı futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.
Türkiyəli futbolçunun keçidi Lissabon klubuna 12 milyon avroya başa gəlib.
Xatırladaq ki, Kerem Aktürkoğlu bu mövsüm "Qalatasaray"ın heyətində Türkiyə çempionatında 3 oyun keçirib və 2 qol vurub və 2 məhsuldar ötürmə edib.