21 dekabr 2025. Bazar günü

Fatih Terim məşhur kluba rəhbərlik edə bilər


  • Transfer
  • 17:28 03.09.2024
  • Oxunma sayı: 191
Fatih Terim məşhur kluba rəhbərlik edə bilər

Bir müddət əvvəl  Rocer Şmidtin istefasından sonra “Benfika” klubu baş məşqçisiz qalıb.

90deqiqe.Az-ın “Ajansspor”a istinadən məlumatına görə, Lissabon klubu hazırda işsiz olan 70 yaşlı Fatih Terimin namizədliyini müzakirə edir. Yaxın günlərdə danışıqlara başlanılacağı gözlənilir.

"Benfika" başqa bir tanınmış məşqçi - Massimiliano Alleqri ilə də maraqlandığı iddia olunur.

Terimin son iş yeri "Panathinaikos" olub. Məşhur türkiyəli mütəxəssis 2023/2024 mövsümünün sonunda Yunanıstan klubundan ayrılıb.

Qeyd edək ki, "Benfika" hazırda Portuqaliya çempionatının turnir cədvəlində yeddinci yerdədir.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq