26 dekabr 2025. Cümə

"MY"in futbolçusu İstanbul nəhənginə təklif olundu


  • Transfer
  • 23:10 03.09.2024
  • Oxunma sayı: 156
"MY"in futbolçusu İstanbul nəhənginə təklif olundu

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro karyerasını Türkiyədə davam etdirə bilər.

90deqiqe.Az-ın “Gala Haber”ə istinadən məlumatına görə, 32 yaşlı futbolçunun xidməti “Qalatasaray”a təklif olunub.

“Qırmızı şeytanlar” Kazemironu İstanbul nəhənginə satacağı təqdirdə, Andrien Rabiotu transfer etməyə çalışacaq.

Qeyd edək ki, braziliyalı futbolçu 2022-ci ildən İngiltərə nəhəngində çıxış edir. Cari kampaniyada yarımmüdafiəçi bütün yarışlarda dörd matçda meydana çıxıb və qol vurmayıb. Transfermarkt ekspertləri Kazemironun dəyərini 20 milyon avro qiymətləndirir.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a