- Transfer
- 23:25 25.11.2024
"Yuventus"un yarımmüdafiəçisi Filip Kostiç Rusiya Premyer Liqasında çıxış edən komandaya keçə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Nikolo Şira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O adı açıqlanmayan klubun 31 yaşlı futbolçu ilə maraqlansa da, Kostiç özü bu təklifdən imtina etdiyini qeyd edib.
Turinlilərin serb futbolçu ilə gələcək planlarında düşünmədiyini, lakin o, hələlik özünə yeni komanda seçə bilməyəcəyi bildirilir.
Filip Kostiçin xidmətində İngiltərə, Almaniya, Türkiyə və BƏƏ klubları da maraqlıdır.
Yarımmüdafiəçi 2022-ci ildən "Yuventus"da çıxış edir. O, ötən mövsüm klubda 33 oyun keçirib, 4 məhsuldar ötürmə edib. Yeni mövsümdə serb heç vaxt meydana çıxmayıb.