22 oktyabr 2024. Çərşənbə axşamı

Mats Hummels rəsmən "Roma"da


  • Transfer
  • 22:19 04.09.2024
  • Oxunma sayı: 66
Mats Hummels rəsmən "Roma"da

Alman müdafiəçi Mats Hummels karyerasını İtaliyanın "Roma" klubunda davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb."Canavarlar" 35 yaşlı futbolçu ilə bir illik müqavilə imzalayıb.

“Hummels “Roma”da 15 nömrə geyinəcək və klub tarixində yeddinci alman futbolçu olacaq.

“Roma”ya xoş gəlmisiniz, Mats!”, - deyə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən yay Hummels-in Dortmund "Borussiya"sı ilə müqaviləsi başa çatıb. 2023/2024 mövsümündə müdafiəçi bütün yarışlarda 40 matçda iştirak edib, bu matçlarda dörd qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 5 milyon avrodur.

A Seriyasının yeni mövsümünün üç turundan sonra “Roma” iki xal toplayıb və 15-ci yerdədir.







Transfer