21 dekabr 2025. Bazar günü

Marsial Braziliya klubuna keçə bilər


  • Transfer
  • 14:20 05.09.2024
  • Oxunma sayı: 129
Marsial Braziliya klubuna keçə bilər

"Mançester Yunayted"in sabiq hücumçusu Antoni Marsial karyerasını Braziliyada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O "Flamenqo" fransız futbolçu ilə maraqlandığını və artıq futbolçuya öz təklifini göndərdiyini qeyd edib.

Xatırladaq ki, Marsial bu yay Mançester Yunayteddən azad agent kimi ayrılıb, ona görə də pulsuz müqavilə imzalana bilər. Antoni ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində bütün turnirlərdə on doqquz oyuna çıxıb, iki qol və bir məhsuldar ötürmə edib.







Transfer