16 sentyabr 2024. Bazar ertəsi

Avropa nəhəngləri türk futbolçu üçün yarışır


  • Transfer
  • 22:14 06.09.2024
  • Oxunma sayı: 110
Avropa nəhəngləri türk futbolçu üçün yarışır

"Lill"dən ayrıldıqdan sonra azad agent statusunda olan yarımmüdafiəçi Yusuf Yazıçının karyerasını davam etdirmək üçün bir çox variantı var.

90deqiqe.Az-ın “HITC”ə istinadən məlumatına görə, türk futbolçunu transfer etmək üçün “Mançester Yunayted”, “Tottenhem”, “Nyukasl”, “Vest Hem”, “Milan”, “Latsio” və “Qalatasaray” yarışır.

27 yaşlı Yazıçı hazırda bazarın ən gənc azad agentlərindən biridir və buna görə də ona böyük maraq var.

Xatırladaq ki, Yusuf 2022-ci ilin yanvarından 6 aylıq icarə əsasında ÇSKA-da çıxış edib. Türkiyəli futbolçu bütün turnirlərdə ordu komandasının heyətində 12 matçda iştirak edib, 8 qol vurub, iki məhsuldar ötürmə edib. Bundan sonra o, Lillə qayıdıb.







Transfer

Rabyotun yeni klubu bəlli oldu
  • Transfer
  • 23:17 15.09.2024
Rabyotun yeni klubu bəlli oldu
"Çelsi"dən Superliqa klubuna
  • Transfer
  • 23:54 12.09.2024
"Çelsi"dən Superliqa klubuna