12 aprel 2026. Bazar günü

Gerye Neftçi ilə razılaşdı


  • Transfer
  • 13:14 04.08.2019
  • Oxunma sayı: 663
Gerye Neftçi ilə razılaşdı

Qarabağ'dan ayrılan Donald Gerye karyerasını “Neftçi”də davam etdirəcək. Haitili cinah müdafiəçisinin paytaxt klubuna keçidi artıq dəqiqləşib.

Tərəflər bütün şərtlərdə razılığa gəliblər və 2 illik müqaviləyə qol çəkəcəklər. “Neftçi” yeni transferini Avropa Liqasının III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə oyunlar üçün UEFA-ya sifariş edəcək.

Gerye 2017-ci ilin yayında Türkiyənin “Alanyaspor” klubundan “Qarabağ”a keçmişdi. Bu yay o, Ağdam təmsilçisi ilə yeni sözləşmə ilə bağlı razılığa gəlsə də, tərəflər son anda müqaviləni uzatmaqdan imtina etmişdi (Futbolpress).







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”